Bakıda qardaş qardaşı bıçaqlayıb

  • By admin
  • 27 Avqust 2021 01:07

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Gununsesi.info  xəbər verir ki, hadisə Qaradağ rayonunda qeydə alınıb.

Ələt qəsəbəsində qardaşlar arasında yaranan mübahisə bıçaqlanma ilə nəticələnib.

Bıçaqlanan 1984-cü il təvəllüdlü Amonov Yaqub Ozan oğlu təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona sol bazu nahiyəsinin kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.

Yaralı əməliyyat olunub.

Hadisənin təfərrüatı araşdırılır.

Gununsesi.info