Bakıda restoranda kişi bıçaqlanıb

  • By admin
  • 09 Aprel 2023 12:23

Bakıda restoranda kişi bıçaqlanıb.

Gununsesi.info-nun xəbərinə görə, hadisə paytaxtın Xətai rayonu, Telnov küçəsində yerləşən “Xan Çinar” restoranında qeydə alınıb.

Belə ki, istintaqa məlum olmayan “Vüsal” adlı şəxs Orucov Turan Firdovsi oğluna 3 bıçaq xəsarəti yetirib və hadisə yerindən qaçıb.

Faktla bağlı cinayət işi başlanıb.

Gununsesi.info