
Bakıda səfirlik avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Gununsesi.info-nun apa-ya istinadən verdiyi məlumata görə, Rusiyanın Azərbaycandakı səfirliyinə məxsus Sergey Xrianın idarə etdiyi “Skoda” markalı, 004 D 042 dövlət qeydiyyat nişanlı avtomobil Bakışəhər sakini Orxan Şirinovun idarə etdiyi “Hyundai” markalı maşınla toqquşub.
Qəza nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info












