“Dəniz Kuboku – 2017” müsabiqəsində “üzən mina” hədəfinə artilleriya atışları keçirilib - FOTOLAR+VİDEO

  • Müəllif: admin
  • 05 Avqust 2017 13:50

cc5a2c54374956f3036e7b58497c0e08

“Dəniz Kuboku – 2017” müsabiqəsi çərçivəsində “Üzən minaya artilleriya atışı” üzrə 3-cü epizod icra edilib.

Müdafiə Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, beynəlxalq hakimlər briqadasının qərarına görə bu epizodun yerinə yetirilməsinin nəticələrinə əsasən birinci yerə 50 xalla Rusiyanın “Qrad Sviyajsk” kiçik raket gəmisinin ekipajı, ikinci yerə 48 xalla Azərbaycanın “G-124” gözətçi gəmisinin ekipajı, üçüncü yerə 46 xalla Qazaxıstanın “Sarıarka” raket artilleriya gəmisinin ekipajı və dördüncü yerə 44 xalla İranın “Cövşən” raket katerinin ekipajı layiq görülüb.

63d45bd2554771fe5e7f68dccd96fa36

87e1e2ea2091ff45dab4260544e0a57d

Gununsesi.info