Bakıda sərnişin avtobusu “Mercedes”lə toqquşdu - FOTO

  • By admin
  • 24 Mart 2023 13:10

Bu gün Bakının Suraxanı rayonunda marşrut avtobusunun iştirakı ilə yol qəzası baş verib.

Gununsesi.info xəbər verir ki, Zığ-Hövsan yolunda “Mercedes” markalı avtomobil 103 saylı xətt üzrə hərəkət edən avtobusa çırpılıb.

Nəticədə nəqliyyat vasitələri yararsız hala düşüb. Qəza zamanı xəsarət alanların olub-olmaması hələlik dəqiqləşməyib.