Bakıda Serbiyanın müstəqillik gününə həsr olunmuş sərgi açılıb

  • By admin
  • 01 Noyabr 2017 23:50

Bakıda Serbiyanın müstəqillik gününə həsr olunmuş sərgi açılıb.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, bu münasibətlə “Qalereya 1969” sərgi salonunda tədbir keçirilib.

Mərasimdə Serbiyanın Azərbaycandakı səfiri Neboyşa Rodiçi, mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva və diplomatik korpusun nümayəndələri iştirak edib.

S. Məmmədəliyeva bildirib ki, sərginin təşkilatçıları Serbiya Müdafiə Nazirliyi və Belqrad Hərbi Muzeyidir: “Çox maraqlı, xüsusi əhəmiyyəti olan bir mədəniyyət hadisəsidir. Sərgi noyabrın 8-dək davam edəcək. İnanıram ki, insanlar bu qalereyada sərgilənən əsərlərə diqqətlə tamaşa edəcəklər, şəkillər vasitəsi ilə Serbiyanın müstəqillik tarixi ilə yaxından tanış olacaqlar. Bu sərgidə nəinki şəkillər, eyni zamanda müharibə dövrünə aid əşyalar nümayiş olunur”.

S. Məmmədəliyeva əlavə edib ki, iki ölkə arasında ümumi maraq kəsb edən sahələr üzrə əməkdaşlıq yüksələn xətlə inkişaf edir.

Sonra tədbir iştirakçıları nümayiş olunan əsərlərlə tanış olublar.

Gununsesi.info