Bakıda silahlı insidentlə bağlı yeni DETALLAR - VİDEO

  • By admin
  • 10 Mart 2023 15:08

Bakıda silahlı insidentlə bağlı yeni məlumat üzə çıxıb.

Gununsesi.info Oxu.az-a istinadən xəbər verir ki, yaralananlardan ikisi təxminən 20-25 yaşlarında olan oğlandır. Onların hər ikisi ayaq nahiyəsindən güllə yarası alıb.

Yaralılar təcili tibbi yardım avtomobili ilə yaxınlıqdakı xəstəxanaya aparılıblar.

TƏBİB-dən verilən məlumata görə, baş verən hadisə ilə əlaqədar Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları əraziyə cəlb edilib.

Əlavə məlumat veriləcək.

Gununsesi.info