Bakıda su basmış evlərdən 35 nəfər təxliyə olunub - FOTOLAR

  • By admin
  • 29 Sentyabr 2016 10:20

yags

Fövqəladə Hallar NazirliyiBakıda qeyri-sabit hava şəraitinin yaratdığı fəsadlarla bağlı məlumat yayıb.

Gununsesi.info qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, öyən gün yağan intensiv yağışlar nəticəsində Bakı şəhərinin bəzi ərazilərində fərdi yaşayış evlərinin həyətyanı sahələri, küçə və prospektlər yağış suları ilə dolub, nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb.

Güclü yağışların törətdiyi fəsadların aradan qaldırılması üçün dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti və Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası paytaxtın rayonlarına cəlb olunub.

Aparılan xilasetmə əməliyyatları nəticəsində fərdi yaşayış evlərindən 17 nəfəri azyaşlı olmaqla ümumilikdə 35 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.

Hazırda yağış suları ilə dolmuş ərazilərdə suçəkmə işləri davam etdirilir.

sel sel1

Anar

Gununsesi.info