Bakıda təcridxanada baş vermiş yanğın söndürülüb

  • By admin
  • 04 Yanvar 2017 19:19

d

 

Bakıda həbsxanada yanğın baş verib.

Gununsesi.info xəbər verir ki, yanğın Daxili İşlər Nazirliyinin Xətai rayonu ərazisində, N.Əliyev küçəsində yerləşən Yetkinlik Yaşına Çatmayanların Müvəqqəti Təcridxanasında baş verib.

Hadisə yerinə 5 yanğınsöndürən maşın və təcili tibbi yardım birqadası cəlb olunub. Müəssisədə saxlanılan məhkumlar təxliyə edilib.

Yanğının müəssisənin zirzəmi hissəsində baş verdiyi bildirilir. Müəssisəyə elektrik enerjisinin verilməsi dayandırılıb.

İlkin ehtimala görə, yanğın müəssisənin zirzəmi hissəsində olan elektrik qutusunda yaranan qısaqapanmadan baş verib.

 

 

Gununsesi.info