Bakıda tikinti işi zamanı ölüm hadisəsi baş verib

  • By admin
  • 19 Mart 2018 09:20

Bakıda tikinti işi zamanı ölüm hadisəsi baş verib.

Gununsesi.info report.az-a istinadən bildirir ki, hadisə Səbail rayonunda qeydə alınıb.

Rayon ərazisindəki yarımtikilidə usta kimi fəaliyyət göstərən 1983-cü il təvəllüdlü Balakişiyev Ədalət Fazil oğlu naməlum səbəbdən çalışdığı yerdə ölüb. Hadisənin baş verdiyi əraziyə Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin və Səbail Rayon Prokurorluğunun əməkdaşları cəlb edilib.

Ölümün dəqiq səbəblərini araşdırmaq üçün meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

 

Gununsesi.info