Bakıda velosiped oğrusu tutuldu

  • Müəllif: admin
  • 29 İyun 2017 13:48

velospoed

Velosiped oğurlamaqda şübhəli bilinən paytaxt sakini saxlanılıb.

Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 36-cı polis bölməsi əməkdaşları tərəfindən iyunun 24-də Bakı şəhər sakini Afaq Musayevaya məxsus velosipedi oğurlamaqda şübhəli bilinən paytaxt sakini Almaz Əhmədova saxlanılıb.

Anar
Gununsesi.info