
Oğurluğa cəhd göstərməkdə şübhəli bilinən 4 yeniyetmə tutulub.
Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 27-də Ş.Qurbanov küçəsindəki mağazalardan birindən qapını sındırmaq yolu ilə 380 manat pul və mobil telefon oğurlamağa cəhd göstərməkdə şübhəli bilinən 4 yeniyetmə tutulub.
Anar
Gununsesi.info









