Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonu, General Şıxlınski küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-dən Gununsesi.info-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində taxta və məişət tullantıları yığılmış tikilidə baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində 30 kv.m. sahədə taxta və məişət tullantıları yanıb, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Gununsesi.info