Bakıda yaşayış binasında yanğın olub.
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakının Suraxanı rayonunda çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 75 m2 olan 3 otaqlı mənzilin mətbəxinin lambirdən ibarət tavanı 12 m2 sahədə və mətbəx əşyaları qismən yanıb. Yanğın zamanı iki azyaşlı yanğınsöndürənlər tərəfindən xilas edilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 16:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Gununsesi.info