Bakıdan İrəvana uçan təyyarə Ermənistanda CİDDİ AJİOTAJ YARATDI

  • Müəllif: admin
  • 05 Oktyabr 2017 11:00

armiy1

Avropa İttifaqı Şurası siyasi və təhlükəsizlik məsələləri komitəsinin üzvlərindən ibarət nümayəndə heyətini Bakıdan İrəvana aparan çarter reysi İrəvanda ciddi səs-küy yaradıb.

Gununsesi.info erməni mediasına istinadən xəbər verir ki, avropalı qonaqlar Bakıdan Heydər Əliyev Beynəlxalq Hava Limanından çarter reysi  ilə İrəvanın “Zvartsnoç” hava limanına uçuş həyata keçirib.

Bakıdan İrəvana təyyarənin uçması ilə bağlı məlumat “Zvartsnoç” hava limanının saytında da yer alıb. Bu məlumat erməni mediasında ciddi marağa və qeyri-müəyyənliyə səbəb olub.

Avropa İttifaqının nümayəndə heyəti sentyabrın 4-də Bakıda rəsmilərlə keçirdikləri görüşlərdən sonra birbaşa İrəvana Azərbaycan təyyarəsi ilə uçublar.

armiy

Gununsesi.info