
Son günlər yağan intensiv yağışlar nəticəsində ölkəmizin cənub bölgəsində bir sıra fərdi yaşayış evləri və həyətyanı sahələr yağış suları ilə dolub. Çaylarda suyun səviyyəsi artdığından sel suları yaşayış məntəqələrində problemlər yaradıb. Əhaliyə elektrik enerjisinin verilməsində fasilələr yaranıb.
Gununsesi.info-nun məlumatına görə, 3 gün davam edən aramsız yağışlar nəticəsində Lənkəran-Lerik yolunda baş verən torpaq sürüşməsi yolun bağlanmasına səbəb olub.
Eyni zamanda Lerik rayonunun 7 kəndini (40-cı km, Birkandul, Vistən, Rəzəvul, Nüvədi, Əliabad, Soru) birləşdirən 40-cı km Əliabad yolu sürüşmə nəticəsində tamamilə bağlanıb.
Yerli sakinlərin verdiyi məlumata görə, aidiyyati qurumların köməyi ilə ağır texnikalar və canlı qüvvələr həmin əraziyə gətirilib.
Gununsesi.info












