“Cavanlaşan Narkomaniya”, “Sağlam Həyata” adlı şüarları ilə- Ağa Mehdiyevin yolçuluğunda təknəfərlik yürüş+Fotolar/Video

  • By admin
  • 31 Dekabr 2021 23:12

Bu gündən etibarən  gənc fəal Ağa Mehdiyev “Cavanlaşan Narkomaniya”, “Sağlam Həyata” şüarları ilə Bakıdan Qubaya qədər olan 170 kilometrə qədər məsafəni piyada qət etmək qərarına gəlib.

Gununsesi.info xəbər verir ki, bu məqsədlə Ağa Mehdiyev 31 dekabr səhər saatlarından etibarən yaşadığı Biləcəri qəsəbəsindən yürüşə başlayıb.

Özünün sosial şəbəkə hesabında paylaşım edən gənc qeyd edib ki, bu formatı seçməkdə məqsədi gənclərin narkomaniyadan uzaq durmasına və sağlam həyatı seçməsinə vəsilə olmaqdır.

Bakıdan Qubaya qədər olan 170 km piyada səfərim 31 dekabr 09:00-da Biləcəridən, məhəlləmizdən başladı. Bildiyiniz kimi məqsədim belə formatla “Cavanlaşan Narkomaniya”, “Sağlam Həyata” daha çox diqqət yetirməkdir.

Bu cavan fəalı izlərkən görürsən ki, sanki yolların adamıdır. Həyatını təkçə oxuyaraq, öyrənərək deyil, gəzərək də təcrübə əldə etmək istəyir. Dərin və zəngin dünyaya sahib olan Ağa ali və saf niyyətilə hər zaman seçilir. Uzaq ölkələrdəki velosiped yürüşü, tanışdığı insanlar və başına gələn unudulmaz xatirələrlə dolu yazılarını oxuduqca necə böyük DÜNYA boyda dünyasının olduğunu görürsən..

Ağanın özünə verdiyi sual-cavabı çox maraqlıdır:

1. Sən belə etməklə problemlər həlmi tapacaq?

Ümumiyyətlə hadisələrə, problemlərin özünə yanaşmaları tədricən dəyişməyin tərəfdarıyam. Fikrimcə, bir çox məsələlər konfrans zallarından, nəzəri mövzulardan, həm də, xüsusən praktiki müstəviyə keçməlidir.

Bu daha yaradıcı, anlaşılan, təsirli olur. Belə işlər insanları daha fərqli düşünməyə, həll yolları tapmağa sövq edir. Xüsusən məktəbli, gənclərin üfüqlərinə çox müsbət təsir edir.

Ən əsası sadə insanam, sehrbaz da deyiləm. Bu gün bunu etməyi bacarır və edirəm.

2. Niyə məhz 31 dekabr?

Bəli, insanlar ilə müsbət işlərdə, düşüncələrdə oxşar olmaq gözəldir. Bəzən isə dünya tam başqa istiqamətdə ola, bir araya gələ, eyni tədbirləri bölüşər. Sən isə tam başqa bir istiqamətdə.

Mövzu kimin yanlış, doğru olması deyil, əsla. Sadəcə müstəqil, əmin olduğun bir işə görə tənha olmaqdan, qışdan, qaranlıqdan, tənqidlərdən çəkinmərsən. Bu kiminsə əleyhinə getmək deyil, doğru bildiyini sona qədər etməkdir. Ya Allah!

3. Kimi təmsil edirsən?

Ağanı, onun düşüncələrini təmsil edirəm.

4. Yolda başına bir hadisə gəlsə necə?

Ən yaxşıya ümidli olub, ən pisə hazır olmaq lazımdır. Bütün məsuliyyəti özüm daşayıram. Səhvim də, doğrum da özümə aiddir.

Yolun açıq olsun dəyərli insan!

Gununsesi.info