Bakının ən böyük prospektində ağır qəza: YOL BAĞLANDI - FOTO

  • By admin
  • 26 Aprel 2018 13:57

Heydər Əliyev prospektinin (şəhər mərkəzi istiqamətində əsas yolda) Nəqliyyatın İntelektual İdarəetmə Mərkəzinə yaxın hissəsində yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Gununsesi.info-ya Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev bildirib.

Onun sözlərinə görə, bu səbəbdən də hazırda prospektin həmin hissəsində əsas və köməkçi yolda nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir.

Gununsesi.info