Bakının bəzi yerlərində hələ də su yoxdur

  • Müəllif: admin
  • 05 İyul 2018 12:41

“Bakının bir sıra əraziləri hələ də su ilə təmin olunmayıb. Hazırda həmin yerlərə su verilməsi üçün işlər aparılır”

Bu barədə  açıqlamasında “Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı deyib.

Qurum rəsmisi bildirib ki, Suraxanı, Sabunçu, Zabrat, Xəzər, Zığ, Qum adası massivi, Bülbülə və Əmircan qəsəbələrinin bəzi yerlərinə ötən gecə su verilməyib.

“Lokal problemlərimiz var. Şəhərdə bəzi magistral xətlərdə təzyiq aşağıdır. Bu gün çalışacağıq ki, bunların hamısını həll edək. Badamdar qəsəbəsində də problemlər mövcuddur. Ora dünən gecə su verə bilmədik. Bu gün su verilişini təmin edəcəyik. Dünən gecə 20-ci sahə üzrə suyun verilməsi başlandı. Hazırda işlərimizi davam etdiririk. Tapşırıq verilib, təmizləmə işləri aparılacaq. Anbarlara maksiumum su ehtiyatları toplayacağıq ki, insanları su ilə təmin edə bilək”, – deyə A.Cəbrayıllı vurğulayıb.

Gununsesi.info