Metroda özünü qatarın altına atmaq istəyən qadını polislər xilas etdi

  • By admin
  • 05 İyul 2018 12:47

Metroda özünü qatarın altına atmaq istəyən qadını polislər xilas etdi

Nizami rayonu ərazisində yerləşən Koroğlu metrostansiyasında ölümə cəhdin qarşısı alınıb.

Platformada qatar gözləyən 1980-ci il təvəllüdlü Jalə Əliyeva özünü qatarın altına atmaq istəyərkən polis əməkdaşı tərəfindən xilas olunub. Qadının özünü şübhəli aparması ətrafdakı sərnişinlərin diqqətini cəlb edib və dərhal xidmət aparan polis əməkdaşlarına məlumat veriblər. Son anda, yəni qadın özünü relslərin üzərinə atmaq istəyərkən polislər tərəfindən bədbəxt hadisənin qarşısı alınıb və izahatı alınması üçün polis məntəqəsinə aparılıb.(Oxu.az)