Bakının mərkəzində halsız vəziyyətdə tapılan şəxs xilas edildi

  • By admin
  • 02 Yanvar 2021 21:22

Bu gün Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Gununsesi.info xəbər verir ki, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb.

Halsız vəziyyətdə tapılan vətəndaş aidiyyəti üzrə təhvil verilib.

Gununsesi.info