Bakının mərkəzindəki restoranda YANĞIN

  • By admin
  • 21 Sentyabr 2021 16:33

Bakı şəhərinin Səbail rayonunda yanğın olub.

Gununsesi.info Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 240 m² olan restoranın mətbəxinin bacasında yağ qalıqları 1 m² sahədə yanıb. Restoran yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info