Bako Saakyan dindirilməyə çağırıldı

  • By admin
  • 18 Sentyabr 2019 13:42

Ermənistanın Xüsusi İstintaq Xidməti Azərbaycanın işğal altındakı Dağlıq Qarabağda qurulan qondarma rejimin rəhbəri Bako Saakyan 1 mart 2008-ci il hadisələrinə görə dindirilməyə çağırılıb. 

Ermənistanın “Joxovurd” qəzeti xəbər verir ki, bununla bağlı Bako Saakyana general-mayor Samvel Karapetyan məktub ünvanlayıb.

Nəşrin yaydığı xəbərdə bildirilib ki, dindirilmə zamanı 1 mart hadisələrində Qarabağdan Yerevana göndərilən silahlar və buna görə ödənilən pullarla bağlı suallar veriləcək.

Qeyd edək ki, 2008-ci il martın 1-də aksiyaların dağıdılması zamanı 10 nəfər ölüb, 230 nəfər xəsarət alıb.

Ermənistanın eks-prezidenti Robert Koçaryan, sabiq Müdafiə naziri Seyran Ohanyan, KTMT-nin eks-sədri Yuri Xaçaturov və Baş nazirin sabiq müavini Armen Qevorkyan bu hadisələrdə ittiham edilib.

Gununsesi.org