Balakəndə 96 yaşlı qadına qarşı quldurluq edən şəxs həbs edildi - FOTOLAR

  • By admin
  • 27 May 2016 12:34

Baleken 2

 

Balakəndə 96 yaşlı qadına qarşı quldurluq edən və ömrünün 20 ilini məhkumluq həyatı yaşayan Zaqatala rayon sakini İrana keçmək istəyərkən həbs edilib.
Gununsesi.info-nun məlumatına görə, rayonun Sarıbulaq kənd sakini, 96 yaşlı  Sanur Balaşova RPŞ-yə müraciət edərək bildirib ki, mayın 22-i nəməlum şəxs onun yaşadığı evə basqın edərək, onu döyüb və bıçaqla hədələyərək 65 manat pulunu götürərk hadisə yerindən qaçıb. Balakən RPŞ-nin əməliyyat-axtarış qrupunun keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki , hadisəni törədən Əliabad qəsəbə sakini 47 yaşlı Qurban Hudul oğlu Ağaməmmədovdur. Aparılmış əməliyyat nəticəsində o da məlum olub ki, Qurban Ağaməmmədov may ayının 19-u elə həmin kənddə, kənd sakini Eldar Qurahilovun evinə basqın edərək bıçaqla onun əl nahiyəsinə xəsarət yetirib və ondan 27 manat götürərək hadisə yerindən qaçıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Balakən rayon sakinlərinə qarşı quldurluq edərək onların pulunu mənimsəyən Qurban Ağaməmmədov Astara sərhəd keçid məntəqəsindən qonşu İran İslam Respublikasına keçmək istiyən zaman hüquq-mühafizə orqan əməkdaşları tərəfindən tutularaq Balakən RPŞ-nin əməkdaşlarına təhvil verilib. İlkin istintaq zamanı məlum olub ki, Qurban Ağaməmmədov əvvəllər qətl törətməyə və qanunsuz silah saxlamağa görə, ümumilikdə 20 il olmaqla iki dəfə məhkumluq həyatı yaşayıb. Ən maraqlısı isə   zərərçəkənlərdən Eldar Qurahilov Qurban Ağaməmmədovun həbsxana yoldaşı olmasıdır. Faktla bağlı Qurban Ağaməmmədovun barəsində CM-nin müvafiq maddələri ilə cinayət işi başlayıb, onun rayon ərazisində baş vermiş digər cinayət hadisələrində iştirak edib-etməməsi araşdırılır.

 

Baleken 4

 

Baleken 3

 

Baleken 5

 

Baleken 6