“Baltika-Bakı” hökuməti şantaj edir -İMTİYAZLAR TƏLƏB EDİR

  • By admin
  • 30 İyun 2016 12:40

pive

Azərbaycanın aparıcı pivə istehsalçısı olan “Baltika-Bakı”nın fəaliyyətini dayandıracağı ilə bağlı açıqlaması təəccübə səbəb olub. Ölkənin monopolist şirkətinin bununla bağlı açıqlamasında hökumətin bir sıra əngəlləri ifadə olunur.

naz

Iqtisadçı ekspert Nazim Məmmədov Gununsesi.info-ya açıqlamasında “Baltika-Bakı”nın bu mövqeyini dəyərləndirib. Onun sözlərinə görə, “Baltika-Bakı”nın istehsalı dayandırması analaşılan deyil. “Əgər bir şirkət pivə istehsalı sahəsində ölkədə monopolisdirsə və bazarın 75% onların əlindədirsə, istehsalın dayandırılması ilə bağlı verdikləri anonsun arxasına başqa məqsəd dayanır. “Baltika-Bakı” bu yolla hökumətin iqtisadi siyasətinə təsir edərək özünə müəyyən güzəştlər əldə etmək istəyir. Mən “Baltika-Bakı”nın bu addmını bu cür dəyərləndirirəm”.

N.Məmmədov onu da əlavə edib ki, əgər bir neçə pivə istehsalı sahəsində məşğul olan şirkət bir araya gəlib belə bir qərar versəydilər, onda başa düşülən olardı.

Gununsesi.info