“Bandotdel” kibercinayətkar qrup zərərsizləşdirdi FOTO

  • By admin
  • 19 May 2016 11:10

bandotdel

Respublikanın daxili işlər orqanları informasiya texnologiyalarından istifadə edilməklə törədilən kibercinayətlərlə mübarizə sahəsində əməliyyat tədbiri həyata keçirib.

Virtualaz.org Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən keçirilən xüsusi tədbirlər nəticəsində müəyyən olunub ki, Bakı şəhər sakinləri Rüstəm Ənsərov və Firudin Ələkbərov banklarda olan kredit borclarını qanunsuz olaraq bağlamaq məqsədi ilə informasiya texnologiyaları sahəsində xüsusi biliklərə malik olan paytaxt sakini Mədət Əliyevlə cinayət əlaqəsinə girərək kiberqrup yaradıblar. M.Əliyev isə öz növbəsində xarici ölkələrdə qanunsuz fəaliyyət göstərən xaker qrupları ilə internet vasitəsi ilə əlaqə saxlayaraq onların texniki dəstəyindən istifadə etməklə Argentina Respublikasının “Banko Frances” və Bolqarıstanın “CİA” banklarının müştəri məlumat bazalarına kibercinayətlərdə istifadə olunması üçün nəzərdə tutulan xüsusi proqramlar vasitəsilə qanunsuz müdaxilələr edib.

Daha sonra M.Əliyev qeyd edilən bankların həmin ölkələrdəki müştərilərinin hesablarından internet vasitəsilə onlayn ödənişlər həyata keçirərək F.Ələkbərov və R.Ənsərəvun Azərbaycandakı kredit borclarını qanunsuz yolla bağlayaraq adıçəkilən bankların xidmətlərindən istifadə edən vətəndaşlara külli miqdarda ziyan vurub. M.Əliyevin istifadə etdiyi kompüterlərə baxış zamanı elektron sübutlar və iş üçün əhəmiyyət kəsb edən digər dəlillər müəyyən edilərək götürülüb. Qeyd edilən fakta bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.