Prezidentlər arasında telefon danışığı olub

  • By admin
  • 19 May 2016 11:14

P

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Amerika rəhbəri  Barak Obama arasında telefon danışığı olub.

Liderlərin 1 saat 10 dəqiqə davam edən danışığında Suriya böhranı əsas müzakirə mövzusu olub.

Prezidentlər bildirib ki, “İslam dövləti” (İŞİD) terror təşkilatının zəiflədilməsi və məhv edilməsi Türkiyə , Avropa və digər regionlar üçün olan təhdidləri aradan qaldırır. Bununla yanaşı, İŞİD-lə birgə mübarizənin əhəmiyyəti vurğulanıb.

Ağ Ev başçısı Obama qeyd edib ki, ABŞ NATO-nun müttəfiqi kimi Trükiyənin təhlükəsizliyinə önəm verir.