“Bandotdel” tanınmış vəkilin qardaşını niyə axtarır?

  • By admin
  • 11 Oktyabr 2017 12:04

behruz

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi tanınmış vəkil Bəhruz Bayramovun qardaşı Anar Bayramovu axtarır.

Bu barədə Gununsesi.az-a vəkilin özü məlumat verib. Onun sözlərinə görə, qardaşının mülki geyimli şəxslər tərəfindən izlənməsi, təzyiqlərə məruz qalması hələ xeyli əvvələ gedib, çıxır: “O, Milli Şuranın aksiyalarına gedirdi. bundan sonra dəfələrlə evinə polis gedib, şöbəyə çağırıblar. Amma ona olan təhdidləri nəzərə almadı və son aksiyalara yenə getdi. İndi isə hər yerdə onu axtarırlar. Həbs mesajı alıb. Mən hüquq-mühafizə orqanlarına müraciət edirəm ki, sadə, işsiz bir vətəndaşdan əl çəksinlər”.

Gununsesi.info