Bankların kredit qoyuluşları 17.6 faiz azalıb

  • By admin
  • 12 İyun 2017 11:18

bank

Bu ilin yanvar-aprel aylarında iqtisadiyyata kredit qoyuluşu 15.4 milyard manat təşkil edib.

Gununsesi.info Azərbaycan Mərkəzi Bankına istinadən bildirir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 3.3 milyard və ya 17.6 faiz azalma müşahidə edilir.

Sahələr üzrə ən kəskin azalma ticarət və xidmət sektoruna (17.8 faiz),  inşaat və əmlak sektoruna (34.5 faiz) və istehlaka yönələn (27.2 faiz) kreditlərdə azalma baş verib.

Problemli kreditlərin həcmi isə kredit portfelində 10.3 faizə çatıb. Halbuki bu rəqəm ötən ilin yanvar-aprel aylarında 7.4 faiz təşkil edirdi. Bu ilin 4 ayında problemli kreditlərin həcmi 1.6 milyard manat olub.

Vüsalə 

Gununsesi.info