Banqladeşə sığınan müsəlmanların sayı 370 minə çatıb

  • Müəllif: admin
  • 12 Sentyabr 2017 15:42

08
Myanmanın Arakan əyalətində ordu və buddist millətçilərin hücumlarından qaçaraq Banqladeşə sığınan müsəlmanların sayı 370 minə çatıb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda Beynəlxalq Miqrasiya Təşkilatının sözçüsü Leonard Doyle bu gün keçirilən mətbuat konfransıda deyib.

Belə ki, L.Doyle Arakanda Myanma ordusu və buddist millətçilərinin hücumlarının başladığı avqustun 25-dən bəri 370 min müsəlmanın Banqladeşə keçdiyini bildirib: “Onlardan 60 mini uşaqdır. Hazırda 20 min Arakanlı uşağın təcili olaraq yardıma ehtiyacı var”.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar Üzrə Ali Komissarlığın rəsmi nümayəndəsi Danya Aslam Xan dünən Banqladeşə sığınan müsəlmanların sayı 313 minə çatdığı barədə məlumat verib.

Anar
Gununsesi.info