Banqladeşdə fabrikdə partlayış baş verdi: Azı 9 nəfər öldü, 50 nəfər yaralandı

  • Müəllif: admin
  • 04 İyul 2017 06:34

banqlades

Banqladeşin Qazipur dairəsində tikiş fabrikində güclü partlayış baş verib.

Gununsesi.info-nun RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində azı 9 nəfər ölüb, 50 nəfər yaralanıb.

Məlumata əsasən, müəssisənin istehsalat sexlərinin birində buxar qazanı partlayıb. “Multifabs Ltd” şirkətinə məxsus fabrikin binası qismən uçub.

Ölənlərin sayının artması istisna deyil.

Hadisə yerində xilasedici əməliyyat davam edir.

Gununsesi.info