
Şimali Koreya növbəti dəfə ballistik raketləri sınaqdan keçirib.
Gununsesi.info-nun məlumatına görə, bu barədə NHK telekanalı Cənubi Koreya müdafiə nazirliyinə istinadən xəbər verib.
Raket Pxönan-Pukto əyalətində yerləşən poliqondan buraxılıb. Tipi məlum olmayan raket Yapon dənizi akvatoriyasına düşüb. Sınaqların nəticələri barədə hələ ki, məlumat verilmir.
Gununsesi.info