Banqladeşdə ilk dəfə 3 nəfər koronavirusa yoluxub

  • Müəllif: admin
  • 08 Mart 2020 19:32

Banqladeşdə ilk dəfə yeni tip koronavirusa (Covid-19) yoluxma halları aşkarlanıb.

Gununsesiaz.info-nun “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Banqladeş Epidmiologiya, Xəstəliklərlə Mübarizə və Tədqiqat İnstitutunun direktoru Meercadi Sabrina Flora bildirib ki, 3 nəfərin koronavirusa yoluxduğu təsdiqlənib.

Virusa yoluxanlardan ikisi bir ailənin üzvləridir, bir müddət əvvəl İtaliyadan qayıdıblar. Üçüncü şəxs də məhz bu insanlarla ünsiyyətdə olub.

Koronavirusa yoluxanlar 20-35 yaşlı şəxslərdir.

Gununsesiaz.info