Banqladeşdə məsciddə azı altı kondisionerin partlaması nəticəsində 11 nəfər ölüb, 50-dən çox insan yaralanıb.
Gununsesi.info bildirir ki, bu barədə “Bdnews 24” xəbər yayıb.
Bildirilib ki, faciə zamanı məsciddə insanlar namaz qılırdı.
Partlayış nəticəsində pəncərələr yerindən çıxıb, ventilyatorlar yanıb.
İlkin ehtimallara görə, hadisəyə səbəb boru kəmərində qaz sızıntısı olub.
(Həssas və ürəyi zəif olanlar fotolara baxmasın)
Gununsesi.info











