BNA-nın işdən çıxarılan şöbə müdirinə vəzifə verilib?

  • Müəllif: admin
  • 05 Sentyabr 2020 11:07

Bakı Nəqliyyat Agentliyi (BNA) taksi fəaliyyətinin tənzimlənməsi ilə bağlı verdiyi qalmaqallı açıqlamaya görə işdən azad edilən şöbə müdiri Hikmət Babayevə, quruma məxsus “BakuBus” MMC-də vəzifə verilməsi barədə sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib. 

Gununsesi.info bildirir ki, agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev Report-a açıqlamasında deyib ki, bu xəbərlər həqiqətə uyğun deyil.

“Sosial şəbəkələrdə həmin məlumatları yayanlar bunu məqsədli şəkildə edirlər, cəmiyyətdə çaşqınlıq yaratmaq niyyəti güdürlər”, – deyə o qeyd edib.

Gununsesi.info