Barak Obama dünya liderlərini bir yerə toplayacaq

  • By admin
  • 16 Sentyabr 2016 10:57
Barack Hussain Obama
ABŞ prezidenti Barak Obama dünyadakı qlobal miqrasiya böhranını dünya liderləri ilə birgə  müzakirə etmək məqsədi ilə BMT Baş Assambleyasının sessiyası çərçivəsində bir araya toplayacaq.
Gununsesi.info “Amerikanın sesi”-nə istinadən xəbər verir ki, Barak Obama dünya liderlərini növbəti həftə bir araya gətirməyi planlayır.
“Dünyada az ölkə var ki, öz üzərində yüz minlərlə, hətta milyonlarla qaçqınların ağırlığını hiss edir. Hansı ki, bu qaçqınlar öz ölkələrindəki işgəncədən qaçıb gizlənməyə yer axtarırlar”- deyə, Ağ Evin rəsmi nümayəndəsi Coş Ernest bildirib.
Gununsesi.info