Barak Obamanın adı məktəbə verilir

  • By admin
  • 19 İyun 2018 23:53

 

 

 

 

 

 

 

 

 

 

 

 

Amerikada məktəblərdən birinə eks-prezident Barak Obamanın adı veriləcək.

Bu barədə “Local 21 News” məlumat yayıb. Bildirilir ki, Virciniya ştatında ordu generalı Ceyms Yuell Braunun adını daşıyan məktəbin adı ilk qaradərili prezident Barak Obamanın şərəfinə dəyişdiriləcək.

Bu yenilik səsverməyə əsasən qəbul edilib və məktəbin adının dəyişdirilməsi təxminən 26 min dollara başa gələcək.

Qeyd edilir ki, məktəbdə oxuyanların 90 %-i afro-amerikalıdır.