“Barselona” klubu “Lion”un müdafiəçisini transfer edib

  • By admin
  • 13 İyul 2016 13:27

France's defender Samuel Umtiti gives a press conference at the Aguilera stadium in Biarritz on May 21, 2016, during the team preparation for the Euro 2016 European football.  / AFP / FRANCK FIFE        (Photo credit should read FRANCK FIFE/AFP/Getty Images)

“Barselona” futbol klubu yeni mövsüm öncəsi heyətini gücləndirib.

Gununsesi.info xəbər verir ki, Kataloniya təmsilçisi “Lion”dan Samuel Umtitini transfer edib. İyirmi iki yaşlı fransalı müdafiəçi ilə beşillik müqavilə imzalayıb. İspaniya klubu bu transfer üçün “Lion”a 25 milyon avro ödəyib. Fransa millisinin üzvünün təzminat qiyməti də açıqlanıb. Onu transfer etmək istəyən klublar 60 milyon avrodan keçməli olacaqlar.

Qeyd edək ki, 2011-2016-cı illərdə “Lion”da çıxış edən Umtiti keçirdiyi 131 oyunda 3 qol vurub.

Gununsesi.info