“Barselona” “Real Madrid”in keçmiş hücumçusunu transfer etdi

  • By admin
  • 04 Yanvar 2022 11:47

İtaliya “Yuventus”unda çıxış edən Alvaro Morata karyerasını İspaniya “Barselona”sında davam etdirəcək.

Gununsesi.info AS nəşrinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi müqavilə ilə “Atletiko” (Madrid) klubuna məxsus olan 30 yaşlı hücumçunun transferi ilə bağlı razılığa gəlib.

Forvard yanvarda “Barselona”ya keçəcək və 18 aylıq icarəyə götürüləcək. Klub La Liqadakı maaş həddidə görə hələlik Moratanın keçidini elan edə bilməyəcək.

Qeyd edək ki, Alvaro Morata cari mövsüm “Yuventus”un heyətində 22 oyuna çıxıb, 7 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Gununsesi.info