“Barselona” yeni mövsüm üçün formasını Messi ilə təqdim etdi - VİDEO

  • By admin
  • 07 Sentyabr 2020 15:21

İspaniyanın “Barselona” klubu yeni formasını təqdim edib. 

Kataloniya təmsilçisinin rəsmi saytı xəbər verir ki, komandanın üçüncü forması çəhrayı rəngdə olacaq.

Yeni mövsüm üçün formanın təqdimatında klubdan ayrılacağı gözlənilən Leonel Messi də yer alıb.

Qeyd edək ki, formalar “Nike” şirkətinin istehsalıdır.

Gununsesi.info