Barselonada yeni etiraz dalğası başlayıb

  • By admin
  • 27 Oktyabr 2019 10:16

Barselonada Kataloniyanın müstəqilliyi tərəfdarlarının yeni aksiyalar dalğası başlayıb.

Gununsesi.org xəbər verir ki, bu barədə “24 Horas” telekanalı məlumat yayıb.

Bildirilir ki, etiraz İspaniya Ali Məhkəməsinin 2017-ci ildə müstəqillik haqqında referendumda qeyri-qanuni iştirakına görə 12 katalon siyasətçisi barədə çıxardığı qərara həsr olunub.

Bəzi məlumatlara görə, küçələrə 350 min nəfərdən çox insan çıxıb. Onların əksəriyyəti Milli Polisin binasının önündə toplaşıb.

Etirazçılarla hüquq-mühafizəçilərinin əməkdaşları arasında toqquşmalar baş verib.

 

Gununsesi.org