Donald Tramp “Twitter”də müəmmalı paylaşım edib

  • By admin
  • 27 Oktyabr 2019 10:36

ABŞ prezidenti Donald Tramp özünün “Twitter”dəki səhifəsində qeyri-müəyyən paylaşım edib.

Gununsesi.org xəbər verir ki, Ağ Ev rəhbəri əhəmiyyətli hadisənin baş verdiyini bildirib.

“İndicə tale əhəmiyyətli bir şey baş verib”, – deyə Tramp yazıb. Lakin ABŞ prezidenti bununla bağlı açıqlama verməyib.

Bu səbəbdən də sosial şəbəkə istifadəçiləri paylaşımla bağlı suallar veriblər. Bəziləri “Hillari (Hillari Klinton-red) həbs edilib?”, – deyə soruşublar. Bir sıra sosial şəbəkə istifadəçiləri isə güman ediblər ki, Ağ Ev rəhbəri vəzifəsindən istefa verib.

 

Gununsesi.org