Baş Dövlət Yol Polisi İdarəsində dəyişikliklər başlayır - UZUN İLLƏRİN RƏİSLƏRİ YOLA SALINIR  (ÖZƏL)

  • By admin
  • 10 Fevral 2017 11:00

BASDOVLET

2017-ci ildə  Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət  Yol Polisi İdarəsinin (BDYPİ) strukturlarında ciddi kadr dəyişiklikləri olacaq . 

Bu haqda Gununsesi.info-ya  sözügedən idarədəki mənbənin verdiyi məlumatda belə deyilir.

Belə ki, saytımızı bilgiləndirən mənbənin sözlərinə görə,  yaxın günlərdə BDYPİ-nin  bir neçə  yüksək vəzifəli şəxsi öz postundan kənarlaşdırılacaq.  Bu sıraya, xüsusilə, BDYPİ-nin regional imtahan, qeydiyyat şöbələrinin habelə magistral yolarda təhlükəsizliyə məsul olan tağımların komandirləri daxildir.

Məlumatda bildirilir ki, uzun illər həmin şöbələrdə rəis vəzifəsini tutan şəxslər artıq yola salınacaq. Onları isə  yeni kadrlar əvəz edəcəklər.

 

Gununsesi.info