Neftçala Sənaye Məhəlləsində “Azevrocar” MMC şirkətinin “İran Khodro” şirkətinin birgə həyata keçirdiyi layihə üzrə avtomobil istehsalı zavodunun iyun ayında istifadəyə verlməsi planlaşdırılır.
Bunu Gununsesi.info-ya açıqlamasında İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə deyib.
Onun sözlərinə görə, hazırda zavadoun tikintisi gedir: “Bu günlərdə “İran Khodro” şirkətinin baş direktoru Haşim Yekke Zarenin rəhbərliyi ilə nümaynədə heyəti Neftaçalada zavodun tikinti ilə yaxından tanış olublar. Hazırda zavod üçün ayrılna 5 hektar ərazidə tikinti işləri aparılır və daha əlavə 5 hektar ərazi də gələcəkdəişlər davam etdiriləcək”.
Səfir deyib ki, işlər qaydasında gedərsə zavodun iyun ayında istifadəyə veriləcək vəilkin maşın istehsalına başlanacaq.
Səfir əlavə edib ki, mərhələlərlə zavodun gücü artırılacaq və 2018-ci ilədək zavod tam gücü ilə işləyəcək.
Qeyd edək ki, tikiləcək avtomobil zavodunda ildə 10 000 ədəd avtomobil yığılacağaı gözlənilir və burada 300 yeni iş yerinin yaradılması nəzərdə tutulur. Avtomobil istehsalı zavodu 10 hektar ərazini əhatə edəcək və tikintisinə ilkin olaraq 15 mln. dollar həcmində investisiyanın yatırılması nəzərdə tutulur. İran tərəfi ilə aparılmış müzakirələr nəticəsində bu vəsaitin 25 faizinin İran şirkəti tərəfindən yatırılması barədə razılıq əldə edilib. İnvestisiyanın 75 faizi isə özəl Azərbaycan şirkəti tərəfindən yatırılacaq. Zavod 2018-ci ilə qədər istifadəyə veriləcək.
Neftçala Sənaye Məhəlləsinə avtomobil istehsalı zavodunun tikintisinə dair Azərbaycanın “Azevrocar” MMC və İranın “İran Khadro” şirkətləri arasında 6 müqavilə imzalanıb. Sənədləri Azərbaycan Respublikasının “Azevrocar” MMC şirkətinin rəhbəri Emin Axundov və İran İslam Respublikasının “İran Khodro” şirkətinin baş direktoru Haşim Yekke Zare imzalayıblar. Müqavilələr distribyutor, lisenziya, avadanlıqların satışı, quraşdırılması və istismara verilməsi, yarımfabrikatların təchizatı, mühəndislik xidmətləri, tədris, mühəndis və texniki dəstək sahələrini əhatə edir.
Mürtəza
Gununsesi.info












