Baş Dövlət Yol Polisi daha 1208 hərəkət iştirakçısını inzibati məsuliyyətə cəlb edib

  • Müəllif: admin
  • 23 Aprel 2020 10:40

Koronavirus epidemiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 22 aprel 2020-ci il saat 00:00-dan 23 aprel 2020-ci il saat 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1 208 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

 Gununsesi.org xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.Bildirilib ki, ümumilikdə 1 aprel 2020-ci ildən bu günədək respublikanın, o cümlədən, paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 36 364 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb olunub.

Gununsesi.org