Gürcüstan mətbuatında yayılan xəbərlərə görə, şimal-qərb qonşumuzun baş naziri İrakli Qaribaşvilinin istefa verəcəyi barədə məlumatlar yayıb.
Gununsesi.info gürcü mediasına istinadla xəbər verir ki, bununla bağlı “Mtavari” telekanalı iddialı məlumat yayıb.
Məlumata əsasən, “Gürcü Arzusu”nun qurucusu Bidzina İvanişvili baş nazir vəzifəsinə əvəzləyici axtarır və bu mərhələdə hökumət başçısı postuna İqtisadiyyat naziri Levan Davitaşvili, yaxud da özünün xüsusi etimadını qazanan vəkili Viktor Kipiani ola bilər.
Bununla belə xatırladaq ki, 24 iyun “Avropaya Doğru” mitinqinin təşkilatçıları baş nazir İrakli Qaribaşviliyə 3 iyula qədər istefa verməsini tələb ediblər.
Bir neçə gün əvvəl isə hökumət başçısı vəzifəsindən ayrılmağı düşünmədiyini bildirib.
Gununsesi.info