Baş nazir Mayk Pompeonu qəbul edib

  • Müəllif: admin
  • 10 Fevral 2017 14:10

BASNAZIR

Türkiyənin Baş naziri Binəli Yıldırım Çankaya Köşkündə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) rəhbəri Mayk Pompeonu qəbul edib. Görüşdə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) rəhbəri M. Pompeonə Fəthullah Gülənin (FETÖ) qaytarılması barədə məlumat verilib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Binəli Yıldırım Türkiyənin ABŞ-dan gözləntiləri və istəklərinin olduğunu M. Pompeonun diqqətinə çatdırıb: “Tezliklə Fəthullah Gülən Türkiyəyə ekstardisiya olunacaq”, – deyə o əlavə edib.

Qeyd edək ki, bu məhz, ABŞ prezidenti Donald Trampın rəhbərliy altında ABŞ-la Türkiyə arasında baş tutan ilk yüksək səviyyəli görüşdü.

Anar

Gununsesi.info