Baş nazir sanksiyalarının səbəblərini açıqladı

  • By admin
  • 09 Aprel 2018 16:13

Rusiyanın baş naziri Dmitriy  Medvedyev  ABŞ-ın Rusiyaya qarşı sanksiyalarının hansı məqsədlərə xidmət  etməsindən danışıb.

Gununsesi.info tass-a istinadən xəbər verir ki,  baş nazirin sözlərinə görə, ABŞ bu yolla öz iqtisadi problemlərini həll etməyə çalışır.

“Əvvəlki sanksiyalarda olduğu kimi  yeni sanksiyalarda da ABŞ rəqabətqəabliyyətliliyə zidd olaraq öz iqtisadi maraqlarını təmin etmək istəyir”- deyə, RF baş naziri vurğulayıb.

O əlavə edib ki,bütün bunların hamısı siyasi məqsəd daşıyır: “Bütün bu mülahizələrin arxasında iqtisadi yolla rusları cəzalandırmaq niyyəti dayanır. Onun iqtisadi mahiyyəti isə ondan ibarətdir ki,  Amerika bütün dünyada  iqtisadi qaydalara zidd olataq maraqlarını təmin etmək istəyir”.

 

Gununsesi.info