Baş nazir və müavinləri saxlandı - DAĞISTANDA

  • By admin
  • 05 Fevral 2018 21:08

Dağıstanda Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları respublikanın Baş nazir vəzifələrini müvəqqəti icra edən Əbdüsəməd Həmidovu saxlayıb.

Gununsesi.info xəbər verir ki, bundan başqa baş nazirin iki müavini – Şamil İsayev və Rayudin Yusifov da sorğu-sual üçün FTX-ya gətirilib.

Qeyd olunur ki. əməliyyat çərçivəsində Dağıstanın keçmiş təhsil naziri Şahabas Şahov da saxlanılıb.

Saxlanılanlar dövlət vəsaitlərinin mənimsənilməsində və korrupsiyada şübhəli bilinir.

Gununsesi.info