Meydanları boşaltmayın Türkiyənin baş naziri Binəli Yıldırım FETÖ silahlı terror təşkilatının üzvlərinin saxlanması prosesinin davam etdiyini bəyan etməklə yanaşı, xalqı meydanları boşaltmamağa çaırıb. Gununsesi.info xəbər verir ki, bu barədə baş nazir B. Yıldırım öz Twitter səhifəsində yazıb. Baş nazirin 38 saniyəlik videosunda bildirilir ki, çevrilişə cəhddə bulunanların saxlanması davam edir: “Vətəndaşlarımızı isə proseslər bitməyənədək meydanları tərk etməməyə çağırıram. Hətta sabahı meydanlarda açanları belə yerlərini tərk etməməyi rica edirəm. Bu xain planı həyata keçriən terrorçu təşkilat mənsublarının zərərsizləşdirilməsi istiqamətində əməliyyatlarımız davam edir və qısa zamanda bunları zərərsizləşdirəcəyik”.
Gununsesi.info